satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın kənd təsərrüfatı işçiləri təltif edilib - SƏRƏNCAM

Naxçıvanın kənd təsərrüfatı işçiləri təltif edilib<font color='red'> - SƏRƏNCAM</font>

Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı sahəsində çalışanlar da vardır.

Prezidentin Sərəncamı ilə Qurbanov Nüsrət Yəhya oğlu, Məmmədov Eldəniz Bayram oğlu və Tağıyev Yasin İsfəndiyar oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə, Məmmədov Mərdan Məmməd oğlu və Şahvəliyev Rəhman Caməmməd oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə  təltif ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM