satellite   Azerspace-1: 11135 H 30000

MSK sədrinə yeni səlahiyyət verilib

MSK sədrinə yeni səlahiyyət verilib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə yeni səlahiyyət verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı genişləndirilib. Belə ki, Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlər üzrə protokolu MSK adından qurumun sədri tərtib edə biləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM