Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gedib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.
