Prezident İlham Əliyev Liviyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB - FOTOLAR

Prezident İlham Əliyev Liviyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Liviyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Liviyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Liviyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Liviyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edib.

NUHÇIXAN İnformsiya Agentliyi xəbər verir ki, səfir Ali Salem Naser etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Liviya həmişə bir-birinə dost olub və maraqlarını müdafiə ediblər. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərlə bağlı qarşılıqlı dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyev vurğulayıb ki, həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmiz həmişə Liviyanın dəstəyini görüb. Bu dəstəyin, eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də olduğunu deyən dövlətimizin başçısı buna görə Liviya tərəfinə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bu yaxınlarda Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladaraq, bu tədbirdə çıxışında ərəb dövlətləri ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə danışdığını vurğulayıb. Prezident İlham Əliyev dedi ki, Azərbaycanın bu Zirvə toplantısına fəxri qonaq qismində dəvət olunması ərəb dünyasının ölkəmizə münasibətini bir daha nümayiş etdirib.

Azərbaycan Prezidenti dostluq əlaqələri nəzərə alınmaqla ikitərəfli münasibətlərimizin, xüsusilə də iqtisadiyyat, ticarət və energetika sahələrində əməkdaşlığımızın fəallaşdırılmasının zəruriliyini vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məhəmməd Yunis əl-Mənfiyə çatdırmağı xahiş edib.

Ali Salem Naser səfir kimi fəaliyyəti dövründə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Səfir dövlətlərimizin və xalqlarımızın maraqları naminə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti
Goranboyda zəlzələ olub

17:41 30.11.2022

Çox oxunan xəbərlər