“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilib

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev noyabrın 24-də  “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənədə əsasən qanunun 6-cı maddəsinə “Azərbaycan Respublikasının” sözlərindən sonra “dövlət” sözü, “fondlarından” sözündən sonra “, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilib.

Belə ki, qanunun hazırda qüvvədə olan 6-cı madəsinə əsasən şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilir. Bundan sonra bu sıraya dövlət icbari şəxsi sığorta vəsaitləri də əlavə edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM