satellite   Azerspace-1: 11135 H 30000

Tələbələrə verilən Prezident təqaüdünün məbləği 275 manat olub - FƏRMAN

Tələbələrə verilən Prezident təqaüdünün məbləği 275 manat olub<font color='red'> - FƏRMAN</font>

Prezident İlham Əliyev yanvarın 13-də "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 (iki yüz yetmiş beş) manat müəyyən edilsin.

2. “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 579; 2004, № 9, maddə 684; 2006, № 12, maddə 1056; 2008, № 9, maddə 796; 2013, № 9, maddə 1049; 2018, № 5, maddə 935; 2019, № 2, maddə 227; 2022, № 2, maddə 109) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissədə “250 (iki yüz əlli)” sözləri “275 (iki yüz yetmiş beş)” sözləri ilə əvəz edilsin;

2.2. 2-ci hissəyə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM