satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinin səlahiyyəti artırılıb - SƏRƏNCAM

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinin səlahiyyəti artırılıb<font color='red'> - SƏRƏNCAM</font>

Prezident İlham Əliyev fevralın 3-də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə Sərəncam imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 1101-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verildiyi barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM