Arzu Sahib qızı Cavadova və Babək Elbəniz oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin ediliblər.
Naxçıvan televiziyası xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncamlar imzalayıb.
Prezidentin digər Sərəncamları ilə İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Əfqan Elçin oğlu İsayev , Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin olunub.
Hər yeddi Sərəncam imzalandığı gündən qüvvəyə minir.
