satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olublar - YENİLƏNİB - FOTOLAR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olublar<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olublar<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olublar<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olublar<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar.

Qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Qırmızı Bazar qəsəbəsi separatçılardan təmizlənib.

Qeyd edək ki, Qırmızı Bazar Xocavənd rayonunun iki qəsəbəsindən biridir və olduqca əlverişli strateji mövqedə, mühüm yolların kəsişməsində yerləşir. Qırmızı Bazara 1947-ci ildə qəsəbə statusu verilib. Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. İşğaldan əvvəl qəsəbədə gövdəsinin diametri 600 santimetr, hündürlüyü 25 metr, yaşları min və iki min il olan iki Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Qəsəbə, eyni zamanda, kənd təsərrüfatı və turizm potensialına malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM