satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanun dəyişib

Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanun dəyişib

Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyinə dəyişiklik edilib.

Belə ki, səkkizinci növbədə, dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər, dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar, həmçinin sığortaçının ləğvi tarixindən əvvəlki bir il ərzində rüsumlarla və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunla müəyyən edilən icbari ödənişlərlə bağlı yaranmış tələblər nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM