satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda İlkin Səhiyyə Xidmətlərinin Keyfiyyətinin Artırılması Məqsədilə Tibbi Avadanlıqlarla Bağlı Təlimlərə Start Verilib - FOTOLAR

Naxçıvanda İlkin Səhiyyə Xidmətlərinin Keyfiyyətinin Artırılması Məqsədilə Tibbi Avadanlıqlarla Bağlı Təlimlərə  Start Verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda İlkin Səhiyyə Xidmətlərinin Keyfiyyətinin Artırılması Məqsədilə Tibbi Avadanlıqlarla Bağlı Təlimlərə  Start Verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda İlkin Səhiyyə Xidmətlərinin Keyfiyyətinin Artırılması Məqsədilə Tibbi Avadanlıqlarla Bağlı Təlimlərə  Start Verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda İlkin Səhiyyə Xidmətlərinin Keyfiyyətinin Artırılması Məqsədilə Tibbi Avadanlıqlarla Bağlı Təlimlərə  Start Verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda İlkin Səhiyyə Xidmətlərinin Keyfiyyətinin Artırılması Məqsədilə Tibbi Avadanlıqlarla Bağlı Təlimlərə  Start Verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda İlkin Səhiyyə Xidmətlərinin Keyfiyyətinin Artırılması Məqsədilə Tibbi Avadanlıqlarla Bağlı Təlimlərə  Start Verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda İlkin Səhiyyə Xidmətlərinin Keyfiyyətinin Artırılması Məqsədilə Tibbi Avadanlıqlarla Bağlı Təlimlərə  Start Verilib<font color=red> - FOTOLAR</font>

Naxçıvanda İlkin Səhiyyə Xidmətlərinin Keyfiyyətinin Artırılması Məqsədilə Tibbi Avadanlıqlarla Bağlı Təlimlərə Start Verilib

NTV xəvər verir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsasən regionda səhiyyə sisteminin modernləşdirilməsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Bu çərçivədə, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində bir sıra strateji layihələr uğurla icra olunmuş, o cümlədən ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmişdir.

Proqramın hədəflərinə uyğun olaraq, regionlarda ilkin səhiyyə xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə 32 Ailə Sağlamlıq Mərkəzinin yaradılması, onların müasir tibbi avadanlıqlarla təchiz olunması istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür. Mərkəzlərin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə genişmiqyaslı satınalmalar həyata keçirilmiş, xüsusilə ilkin diaqnostika və müayinələrin keyfiyyətini artırmaq üçün zəruri tibbi avadanlıqlar alınmışdır.

Alınan tibbi avadanlıqlardan ultrasəs müayinə cihazlarının effektiv və düzgün istifadəsini təmin etmək məqsədilə Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkim və tibb heyəti üçün təlim təşkil edilib. Təlim “Medisoft” şirkətinin dəstəyi və Çindən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə həyata keçirilib. Proqram çərçivəsində müasir ultrasəs müayinə cihazlarının texniki xüsusiyyətləri, funksional imkanları və praktik tətbiqi barədə ətraflı məlumat verilib. Təlimin əsas məqsədi ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, diaqnostik imkanların genişləndirilməsi və səhiyyə işçilərinin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Qeyd edək ki, bu təlimlər, alınan digər avadanlıqların istifadə qaydalarının öyrədilməsi məqsədilə mərhələli şəkildə təşkil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM