satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan TƏBİB kreditorlarına müraciət edib

Naxçıvan TƏBİB kreditorlarına müraciət edib

Ləğv prosesində olan Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TƏBİB) kreditorlarına müraciət edib.

NTV bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Əziz Əli̇yev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.

Naxçıvan TƏBİB bu il mayın 1-də ləğv edilib. Bununla bağlı muxtar respublika Ali Məclisinin sədrinin I müavini Bəxtiyar Məmmədov səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi fərman imzalayıb. Fərmana əsasən, qurumun tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə yerli Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM