satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda ötən il nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb

Azərbaycanda ötən il nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb

Ötən il Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən üç xəstəlik növünə yoluxma qeydə alınıb.

Bu barədə NTV-yə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, 2025-ci ildə ən çox yoluxma halı exinokokkoz (parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir və qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur) xəstəliyində rast gəlinib:

"Ən çox yoluxma halı 24 nəfər olmaqla exinokokkoz xəstəliyində rast gəlinib. 19 nəfərdə visseral (daxili orqanları əsasən dalaq, qaraciyər və sümük iliyini zədələyən ağır yoluxucu xəstəlik), 5 nəfərdə dəri leyşmanioz (insanlar və məməlilərə əsasən qum milçəklərinin (mığmığaların) dişləməsi yolu ilə yoluxan daxili orqanları və dərini zədələyən protozoan xəstəliklər)".

Bunlarla yanaşı 2025-ci ildə bir nəfərdə quduzluq aşkarlanıb.

Qeyd edək ki, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir. Son dəyişikliyə əsasən, siyahıda yer alan dərmanların sayı 141-ə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM