satellite   Azerspace-1: 11135 H 30000

Sədərəkdə humanitar tibbi aksiya keçirilib - FOTOLAR

Sədərəkdə humanitar tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font> Sədərəkdə humanitar tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font> Sədərəkdə humanitar tibbi aksiya keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublika Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti bölgələrdə humanitar tibbi aksiyaları davam etdirir. Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, səhiyyə ocağının kollektivi bu dəfə Sədərək rayonunda olub. Aksiya çərçivəsində 30 rayon sakini 120-dən çox tibbi müayinədən yararlanıb.

Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Gün ərzində laborator təhlillər, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb. Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, müalicə təyin edilib və tibbi məsləhətlər verilib.

Qeyd edək ki, səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə Sədərək Rayon Mərkəzi Xəstəxanası da ən müasir tibbi avadanlıqlarla təchiz edilib, Naxçıvanda ilk dəfə icbari tibbi sığortanın tətbiqinə bu səhiyyə ocağından başlanılıb. Xəstəxanada yaradılan şərait yüksəkixtisaslı həkimlər tərəfindən bu cür kütləvi tibbi aksiyaların keçirilməsinə, eləcə də mürəkkəb cərrahi əməliyyatlar aparılmasına imkan verir.

                                                                            Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM