satellite   Azerspace-1: 11135 H 30000

Muxtar respublikada məktəblilər flüoroqrafik müayinələrə cəlb edilir - FOTOLAR

Muxtar respublikada məktəblilər flüoroqrafik müayinələrə cəlb edilir<font color=red> - FOTOLAR</font> Muxtar respublikada məktəblilər flüoroqrafik müayinələrə cəlb edilir<font color=red> - FOTOLAR</font> Muxtar respublikada məktəblilər flüoroqrafik müayinələrə cəlb edilir<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq iş planına əsasən muxtar respublikanın ümumtəhsil məktəblərində flüoroqrafik müayinələr aparılır.

İldə 2 dəfə keçirilən flüoroqrafik tibbi müayinənin məqsədi vərəmin erkən diaqnostikası və onun qarşısının alınmasından ibarətdir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, plana uyğun olaraq Şərur rayonunun Aşağı Daşarx kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri də müayinələrə cəlb olunub. Gün ərzində 42 məktəbli həkim-rentgenoloq tərəfindən müayinədən keçirilib. İlkin tibbi müayinə zamanı yeniyetmələrdə xəstəlik və ya xəstəliyə dair şübhəli hal aşkar olunmayıb.

Qeyd edək ki, noyabrın 1-dən start verilən flüoroqrafik müayinələrin dekabrın 20-dək muxtar respublikanın digər məktəblərində də həyata keçirilməsi planlaşdırılır.

Leyla Cəfərzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM