satellite   Azerspace-1: 11135 H 30000

Səhiyyə Nazirliyi: "Qızılcaya yoluxma halları artıb, tibbi maskalardan istifadə edin"

Səhiyyə Nazirliyi: "Qızılcaya yoluxma halları artıb, tibbi maskalardan istifadə edin"

Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca infeksiyasına yoluxma hallarının artması daha çox müşahidə edilir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciətində bildirilib.

Qeyd olunub ki, hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə, həmçinin qızılcaya qarşı yüksək həssaslığa malik əhali qrupları hesab edilir:

"Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyi, əl gigiyenasına riayət etməyi, həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir.

Hər bir vətəndaş sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM