satellite   Azerspace-1: 11135 H 30000

Bayram günlərində Naxçıvanda 8 nəfər zəhərlənib

Bayram günlərində Naxçıvanda 8 nəfər zəhərlənib

Yeni il bayramı günlərində Naxçıvan Muxtar Respublikasında 8 zəhərlənmə halı qeydə alınıb.

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verirlib.

Qeyd olunub ki, onlardan dördü eyni ailənin üzvləridirlər. Qasımovlar ailəsinin üzvləri salatdan zəhərləniblər.

Digər hadisələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən zəhərlənmələrdir. Xəstələrdən ikisinə stasionar, altısına isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.

Hazırda zəhərlənənlərin hamısının vəziyyəti normaldır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM