satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN-in başçısı: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır

Türkiyə XİN-in başçısı: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır

Azərbaycan artıq Cənubi Qafqazın yeni parlayan ulduzudur. Azərbaycanın iqtisadi cəhətdən inkişafı onu göstərir ki, o, bölgənin ən güclü ölkəsinə çevrilib. Azərbaycan, eyni zamanda, regional diplomatiyanın və bir sıra layihələrin qovşağına çevrilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Bakı Qlobal Forumda çıxışında bildirib.

Türkiyə XİN-in başçısı Azərbaycanla enerji və iqtisadi sahələrdə bir sıra layihələrə imza atıldığını qeyd edib.

“Mən ötən il Şuşaya səfər etdim. Bu il də COP29 Bakıda keçiriləcək. Artıq 11-ci dəfədir ki, Qlobal Bakı Forumu təşkil edilir. Azərbaycan çoxsaylı tədbirlərə ev sahibliyi edib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynamaqdadır”, - deyə H. Fidan əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM