satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasında möhkəm sülhə nail olunmasına davamlı sadiqliyimizi təsdiq edirik

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasında möhkəm sülhə nail olunmasına davamlı sadiqliyimizi təsdiq edirik

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu fikirlər ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm", - ABŞ Prezidentinin məktubunda qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM