satellite   Azerspace-1: 11135 H 30000

Nazir: TDT liderlərinin Şuşadakı sammitinin tarixi mənası var

Nazir: TDT liderlərinin Şuşadakı sammitinin tarixi mənası var

Şuşada Türk Dövlətləri Təşkilatı (TDT) liderləri sammitinin keçirilməsinin tarixi mənası var.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın prioritet məsələlərindən biri TDT çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdir.

"Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il TDT-nin qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təklifi irəli sürüldü. Üçüncü belə Zirvə Şuşada baş tutdu. Torpaqlar azad ediləndən sonra Şuşada əlamətdar tədbirlər keçirilib. Ancaq beynəlxalq səviyyədə, sammit şəklində TDT liderlərinin görüşünün tarixi mənası var. Biz bundan qürur hissi duyuruq", - C.Bayramov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM