satellite   Azerspace-1: 11135 H 30000

İlyas Umaxanov: Azərbaycan parlamenti heç də sadə olmayan yol keçib

İlyas Umaxanov: Azərbaycan parlamenti heç də sadə olmayan yol keçib

Azərbaycan parlamenti heç də sadə olmayan bir yol keçib. Ölkənin, parlamentin tarixində ən mühüm dönüş nöqtəsi isə Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi olub. Məhz həmin anda Azərbaycanda gələcək sosial-iqtisadi sürətli inkişafın əsası qoyulub.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

“Bu ilin sentyabrında Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün suveren ərazisində növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilər ümumilikdə tanınmış demokratik prinsiplərə uyğun olaraq keçirilib və sərbəst şəkildə iradə ifadə olunmaqla, insanlar öz səslərini verərək, yeni tərkibdə parlamenti seçiblər. Fürsətdən istifadə edərək, bütün parlament üzvlərini təbrik etmək istəyirəm”, - deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM