satellite   Azerspace-1: 11135 H 30000

Paşinyanın müavini: Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib, növbəti görüşə hazırlıq gedir

Paşinyanın müavini: Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib, növbəti görüşə hazırlıq gedir

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib.

Naxçıvan televiziyası-ın “Arminfo”ya istinadən xəbərinə əsasən, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur”, - Nikol Paşinyanın müavini bildirib.

O, həmçinin delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb.

M.Qriqoryanın sözlərinə görə, tərəflər növbəti görüşdə nəqliyyat kommunikasiyalarının açılması məsələsini də nəzərdən keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM