satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb

Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb

Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Moskva üzərində olarkən dövlət başçısına AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumat verilib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bundan sonra Prezident İlham Əliyev təyyarənin dərhal geri dönməsi ilə bağlı tapşırıq verib.

Prezident təyyarəsi Moskva üzərində geri dönüş edib və Bakıya üz tutub.

Qeyd edək ki, Prezident İlham Əliyevin təyyarəsi artıq Bakıda eniş edib.

Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Hazırki məlumata əsasən 32 nəfər sağdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM