satellite   Azerspace-1: 11135 H 30000

Emoməli Rəhmon təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidentinə başsağlığı verib

Emoməli Rəhmon təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidentinə başsağlığı verib

Tacikistan Prezidenti Emoməli Rəhmon "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Naxçıvan televiziyası xəbər verir ki, İlham Əliyevə ünvanlanan məktubda deyilir:

"Qazaxıstan Respublikasının Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə çoxsaylı insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM