satellite   Azerspace-1: 11135 H 30000

TDT Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib

TDT Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Türk Dövlətləri Təşkilatı (TDT) Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Naxçıvan televiziyası xəbər verir ki, başsağlığı təşkilatın “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

"Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından dərindən kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq. Dualarımız bu faciədən təsirlənən hər kəslədir", - paylaşımda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM