satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan hərbçiləri Pakistanda gəmilərin zəbt olunması təlimini icra ediblər - VİDEO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Pakistanın Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimində gəmilərin zəbt olunması tapşırığını icra ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanı təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldə düzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.

"Sülh naminə birlikdə" şüarı ilə keçirilən "AMAN-25" çoxmillətli təlimində dəniz xüsusi təyinatlıları qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM