Boçorişvili: Üçtərəfli əməkdaşlıq üzrə fikir mübadiləsi regionun inkişafı üçün vacibdir

Boçorişvili: Üçtərəfli əməkdaşlıq üzrə fikir mübadiləsi regionun inkişafı üçün vacibdir

Cənubi Qafqaz strateji əhəmiyyətə malik bir regiondur. Üçtərəfli əməkdaşlıq üzrə fikir mübadiləsi regionun inkişafı üçün vacibdir.

 NTV   "Report" -a  istinadən  xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın xarici işlər nazirlikləri müavinləri arasında keçirilən üçtərəfli görüşü dəyərləndirərkən deyib.

“Bu gün bizi bu masa ətrafında birləşdirən və görüşməyə sövq edən əsas səbəb Gürcüstanın regional əməkdaşlığın inkişafına və ortaq maraqların müəyyənləşdirilməsinə səmimi istək göstərməsidir. Cənubi Qafqaz strateji əhəmiyyətə malik bir regiondur – böyük potensiala sahibdir və bu potensialdan yalnız birgə şəkildə istifadə edə bilərik. Region haqqında baxışlarımızın bölüşülməsi və üçtərəfli əməkdaşlıq imkanlarının araşdırılması vaxtında atılmış və olduqca vacib bir addımdır”, – deyə Maka Boçorişvili bildirib.

Xəbər lenti
Ərdoğandan maraqlı fakt

21:24 03.05.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM