satellite   Azerspace-1: 11135 H 30000

Səlahiyyətli nümayəndə Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTOLAR

Səlahiyyətli nümayəndə Türkiyənin  ölkəmizdəki səfiri ilə görüşüb<font color=red> - FOTOLAR</font> Səlahiyyətli nümayəndə Türkiyənin  ölkəmizdəki səfiri ilə görüşüb<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, iyulun 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Naxçıvanın bu münasibətlərin inkişafında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Xüsusilə ticarət və investisiya qoyuluşu sahələrində böyük perspektivlərin olduğu bildirilib, türkiyəli iş adamlarının bu sahələrdə fəal işbirliyinin vacibliyi diqqətə çatdırılıb.

Söhbət zamanı digər istiqamətlərdə də perspektiv imkanlar müzakirə edilib.

Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya görüşdə iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM