satellite   Azerspace-1: 11135 H 30000

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə NTV-nin sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində bütün sərnişinləri həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM