satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan XİN AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib.

NTV xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında məlumat yerləşdirilib.

"Bu gün, AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür. Baş vermiş bu faciə nəticəsində həyatını itirmiş şəxslərin xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin!",- məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM