satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Naxçıvan Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

 

Bu barədə NTV-yə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsinin daxil edildiyini bildirib.

Qanun layihəsinə deputatlar tərəfindən hər hansı təklif və ya irad bildirilmədiyindən onun mövcud redaksiyada Ali Məclisin növbəti plenar iclasında üçüncü oxunuşda müzakirəyə təqdim edilməsi ilə bağlı qərar qəbul olunub.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM