satellite   Azerspace-1: 11135 H 30000

Sosial şəbəkələrdə yaş məhdudiyyəti məsələsi yenidən gündəmə gətirilir

Sosial şəbəkələrdə yaş məhdudiyyəti məsələsi yenidən gündəmə gətirilir

Avropa İttifaqı uşaqların onlayn təhlükəsizliyini gücləndirmək məqsədilə sosial şəbəkələr üçün vahid yaş həddi müəyyən olunması imkanını müzakirə etməyə hazırlaşır.

NTV xəbər verir ki, Avropa Komissiyasının bu həftə təqdim etdiyi kiberzorakılığa qarşı yeni fəaliyyət planına əsasən, uşaq müdafiəsi üzrə mütəxəssislərdən ibarət xüsusi panel yaradılacaq və yay aylarınadək ümumavropa səviyyəsində yanaşma barədə tövsiyələr hazırlayacaq.

Sözügedən təşəbbüs Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən ötən ilin payızında elan edilsə də, panelin işə başlaması 2026-cı ilin əvvəlinə planlaşdırılır.

Sənəddə vurğulanır ki, bir sıra üzv ölkələr – o cümlədən İspaniya, Fransa və Danimarka – artıq milli səviyyədə məcburi yaş limitlərini nəzərdən keçirir. Brüsselin fikrincə, koordinasiyalı Avropa modeli bütün uşaqlar üçün bərabər qorunma təmin edə bilər.

Hazırda Aİ-nin böyük platformalar üçün tövsiyələri hüquqi baxımdan məcburi deyil, lakin artan milli təşəbbüslər bu mövzunun yenidən baxılmasını aktuallaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM