satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyev Vladimir Putini təbrik edib

İlham Əliyev Vladimir Putini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.

NTV-nin  məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı – Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızı əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. İkitərəfli iqtisadi-ticari qarşılıqlı fəaliyyətin fəal şəkildə inkişaf etməsini, regionlararası və mədəni-humanitar əlaqələrin genişlənməsini məmnunluqla qeyd edirəm.

Əminəm ki, birgə səylərimiz dost ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqlik məcrasında çoxplanlı əməkdaşlığın bundan sonra da inkişafına və möhkəmlənməsinə kömək edəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM