satellite   Azerspace-1: 11135 H 30000

Sahibə Qafarova: Dövlət parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi

Sahibə Qafarova: Dövlət parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi

Dövlət məhv olmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qalarkən Ulu Öndər Azərbaycanı xilas etdi.

NTV  xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının iclasında deyib.

"Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın çağırışı idi. Bununla da, Azərbaycan davamlı inkişaf yoluna çıxıdı, ölkəmiz beynəlxalq mərkəzə çevrildi", - o əlavə edib.

Spiker bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir:

"Torpaqlarımızın 30 illik işğalına son qoyulması, suverenliyimizin bərpası, hər il artan siyasi nüfuzumuz bunun bariz göstəricisidir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM