satellite   Azerspace-1: 11135 H 30000

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək

İsveçrənin federal xarici işlər naziri İqnasio Kasis avqustun 4–5-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri qismində Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə NTV-yə İsveçrə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Məlumata görə, Azərbaycana səfəri zamanı İ.Kassis ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh prosesi, eləcə də İsveçrənin ATƏT-ə sədrliyinin regiondakı rolu məsələlərinə dair danışıqlar aparacaq.

Bildirilib ki, Azərbaycandan sonra ATƏT sədri Türkmənistana səfər edəcək. Azərbaycan və Türkmənistana səfər tarixləri 4–5 avqustdur.

Qeyd olunub ki, federal nazirin səfəri payızda Ermənistan və Gürcüstana səfərlərlə davam edəcək regional turnenin ilk mərhələsi olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM