satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna enerji sektoruna yardıma görə Azərbaycana təşəkkür edib

Ukrayna enerji sektoruna yardıma görə Azərbaycana təşəkkür edib

Ukrayna davam edən Rusiya-Ukrayna müharibəsi fonunda enerji avadanlıqları ilə təminatda göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.

NTV xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

Vurğulanıb ki, bu ilin əvvəlindən Avropa İttifaqı, Azərbaycan, Avstriya, Belçika, Danimarka, Estoniya, İslandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Moldova, Niderland, Almaniya, Norveç, Slovakiya, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Filippin, İsveçrə, İsveç, Yaponiya, Çexiya, Polşa, Kipr və Çindən olan tərəfdaşlar Ukraynaya enerji avadanlıqları təqdim ediblər.

Ümumilikdə 2022-ci ilin martından ölkənin Energetika Nazirliyinin koordinasiyası ilə Ukraynaya ümumi çəkisi 32,3 min tondan çox olan enerji avadanlıqlarından ibarət 2 542 humanitar yük daxil olub. 28,9 min tondan çox avadanlıq artıq regionlar arasında bölüşdürülüb.

"Ukraynanın enerji sisteminin işinin təmin edilməsindəki yardıma görə bütün tərəfdaşlarımıza dərindən minnətdarıq", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM