satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Kosta Rikanın xarici işlər nazirinə təqdim edib - FOTOLAR

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Kosta Rikanın xarici işlər nazirinə təqdim edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Kosta Rikada yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Tovar Riveraya təqdim edib.

Səfirlikdən NTV-yə  verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan–Kosta Rika münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Münasibətlərin siyasi dialoq, qarşılıqlı yüksək səviyyəli səfərlər və ikitərəfli siyasi məsləhətləşmələr vasitəsilə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Tovar Rivera Azərbaycanın səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM