satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyev: Slovakiyanın azad edilən ərazilərin bərpasında iştirakı strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev: Slovakiyanın azad edilən ərazilərin bərpasında iştirakı strateji tərəfdaşlığın nümunəsidir

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya ilə tərəfdaşlığın strateji olduğunu bildirib.

NTV-nin məlumatına görə, bu barədə İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqriniyə ölkənin Konstitusiya Günü münasibətilə göndərdiyi təbrikdə deyilir.

"İyul ayında Azərbaycana səfərinizi, o cümlədən Qarabağ bölgəsini birgə ziyarətimizi ən xoş təəssüratlarla xatırlayıram. Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirir, bunu dostluğumuzun və strateji tərəfdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirirəm".

Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan ilə Slovakiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyət iki xalqın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlıq daha da möhkəmlənəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM