satellite   Azerspace-1: 11135 H 30000

Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib

Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib

Niderland səfirliyi avqustun 29-da Şəkinin dağlıq ərazisində piyada yürüşü zamanı xəsarət alan ölkə vətəndaşının xilas edilməsinə və ona təcili tibbi yardım göstərilməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

NTV xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Xüsusilə, mürəkkəb dağlıq ərazi şəraitində və qaranlıqda həyata keçirilən xilasetmə əməliyyatına, helikopterlə operativ təxliyəyə və hadisə yerində ilk tibbi yardımın göstərilməsinə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təşəkkür edirik", - bəyanatda bildirilib.

Səfirlik, həmçinin Şəki Rayon Mərkəzi Xəstəxanasının və Bakıdakı Yeni Klinikanın əməkdaşlarının tibbi yardımını, peşəkarlığını və operativliyini yüksək qiymətləndirib.

"Bu insident zamanı aidiyyəti orqanların əlaqələndirilmiş və operativ işi Niderland vətəndaşının təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verib", - məlumatda qeyd edilib.

Qeyd edək ki, avqustun 29-da Şəki rayonunda Niderland vətəndaşı dağlıq ərazidə piyada yürüş zamanı itlərin hücumuna məruz qalıb. Nəticədə o, ağır xəsarətlər alıb. Zərərçəkmiş dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdən təxliyə edilərək Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və orada təcili əməliyyat edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM