satellite   Azerspace-1: 11135 H 30000

Mövlud Çavuşoğlu: Ermənistanın normallaşma prosesində səmimi olmasını istəyirik

Mövlud Çavuşoğlu: Ermənistanın normallaşma prosesində səmimi olmasını istəyirik

Məlum olduğu kimi, Ermənistanla bizim xüsusi nümayəndələrimiz görüşürlər. Artıq bəzi addımlar atılmışdır. Bu prosesdə Azərbaycanla eyni mövqedəyik. Bu addımların bəzən Ermənistanda narahatlıq yaratdığını görürük.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada işə başlayan “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda keçirilən XIII Səfirlər Konfransının bağlanışı ilə bağlı mətbuat konfransında deyib.

Türkiyənin şəffaf ölkə olduğunu diqqətə çatdıran Mövlud Çavuşoğlu söyləyib: “Bizim hər işimiz açıqdır. Geniş miqyasda Cənubi Qafqazda normallaşma barədə fərdi düşünmək mümkün deyil. Birlikdə addımlar atmalıyıq. Apardığımız danışıqlar ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi naminə hamımızın səy göstərməsi vacibdir. Bu məsələdə Ermənistanın daha qətiyyətli və qərarlı olması lazımdır. Proseslərdən yayınma taktikasından kənar durmaq faydalıdır. Biz bu prosesdə Türkiyə olaraq səmimiyik. Ermənistanın da səmimi olmasını istəyirik. Azərbaycanın da səmimi olduğunu görürük”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM