satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığından yazır

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığından yazır

Gürcüstanın aparıcı informasiya portalları Prezident İlham Əliyevin Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsindəki fikirlərinə geniş yer verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, interpress.ge, 24news.ge və aktual.ge portallarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığı, xüsusən də “Qisas” əməliyyatının əhəmiyyəti barədə fikirləri yer alıb.

Materiallarda dövlətimizin başçısının qonşu ölkələrlə əlaqələrə verilən önəm, həyata keçirilən yeni layihələr, Azərbaycanın dünyada qazandığı hörmətlə bağlı səsləndirdiyi fikirləri əks olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM