satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın hərbi qulluqçuları Türkiyədə keçirilən təlimdə iştirak ediblər - FOTOLAR

Azərbaycanın hərbi qulluqçuları Türkiyədə keçirilən təlimdə iştirak ediblər<font color=red> - FOTOLAR</font> Azərbaycanın hərbi qulluqçuları Türkiyədə keçirilən təlimdə iştirak ediblər<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, “Qardaş Briqada” layihəsi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyədə keçirilən təlimdə iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, təlim müddətinin başa çatması ilə əlaqədar Türkiyə Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-leytenant Rasim Yaldız və digər yüksəkrütbəli zabitlərin iştirakı ilə mərasim keçirilib.

Mərasimdə çıxış edən general-leytenant R.Yaldız "Qardaş Briqada" layihəsi çərçivəsində hərbi qulluqçularımızın nümunəvi xidmət etdiyini vurğulayaraq təlim zamanı qazanılan bilik və təcrübələrin Azərbaycan Ordusunun daha da güclənməsi naminə tətbiq edəcəklərinə inandığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM