satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Misirə başsağlığı verib

Azərbaycan XİN Misirə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

“Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM