Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, açılış mərasimindən sonra komandamızın ikinci heyəti birinci divizionda Monqolustan komandası ilə mübarizə aparıb.
“Fərdi sürmə” mərhələsində güclərini sınayan tankçılarımız müsabiqənin növbəti mərhələsində də uğurla çıxış ediblər.
