satellite   Azerspace-1: 11135 H 30000

“Artilleriya atəşinin ustaları” müsabiqəsində gecə atışları icra edilib - FOTOLAR

“Artilleriya atəşinin ustaları” müsabiqəsində gecə atışları icra edilib<font color=red> - FOTOLAR</font> “Artilleriya atəşinin ustaları” müsabiqəsində gecə atışları icra edilib<font color=red> - FOTOLAR</font>

“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanın Otar şəhərində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində tapşırıqlar icra edilib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuella və Zimbabve komandalarının iştirak etdiyi müsabiqənin növbəti mərhələsində tapşırıqlar gecə vaxtı yerinə yetirilib.

Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə müxtəlif maneələri dəf edib, həmçinin işıqlandırılan hədəflərə minaatanlar, qumbaraatanlar və avtomatlardan atəş açıblar.

Artilleriyaçılarımız bu mərhələdə də bütün hədəfləri sərrast atəşlə məhv edib.

Mərhələnin nəticələrinə görə Qazaxıstan birinci, Azərbaycan ikinci, Rusiya artilleriyaçıları isə üçüncü yerdə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM