satellite   Azerspace-1: 11135 H 30000

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub - FOTOLAR

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub<font color=red> - FOTOLAR</font> “Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub<font color=red> - FOTOLAR</font> “Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub<font color=red> - FOTOLAR</font> “Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub<font color=red> - FOTOLAR</font> “Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub<font color=red> - FOTOLAR</font>

Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda 9 ölkənin iştirakı ilə keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, estafet yarışında komandamızın hər iki heyəti peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Hərbi qulluqçularımız növbəli şəkildə maneələr zolağını və minalanmış ərazini keçib, pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunan hədəfləri sərrast atəşlə məhv ediblər.

Mərhələni müvəffəqiyyətlə başa vuran artilleriyaçılarımız hakimlər komissiyasının qərarına əsasən müsabiqədə üçüncü yerə layiq görülüblər. Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiya komandaları tutub.

Qeyd edək ki, avqustun 23-də “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM