satellite   Azerspace-1: 11135 H 30000

“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib

“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən, Azərbaycan tankçıları növbəti mərhələdə Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparacaqlar.

Yarımfinal mərhələsi avqustun 24-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM