satellite   Azerspace-1: 11135 H 30000

Fərid Şəfiyev: Laçın şəhəri artıq Azərbaycanın nəzarətinə keçir

Fərid Şəfiyev: Laçın şəhəri artıq Azərbaycanın nəzarətinə keçir

Laçın şəhəri artıq Azərbaycanın nəzarətinə keçir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri avqustun 23-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Laçın: Postmünaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masada mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, 1992-ci ilin mayında Şuşa və Laçının işğalı böyük faciə idi. Laçının statusu həmişə danışıqlar zamanı xüsusi yer tuturdu.

Minsk qrupu çərçivəsində də Laçın məsələsi ayrı bir maddə kimi müzakirə olunurdu.

Artıq Minsk qrupu fəaliyyət göstərmir, amma vaxtaşırı beynəlxalq ekspertlər Laçın məsələsini gündəmə gətirirdilər.

“Bu gün təşkil olunan müzakirələrdə buna aydınlıq gətirmək istəyirik. "Azərbaycanın baxışı, dövlətin mövqeyi nədən ibarətdir" kimi suallara cavablar veriləcək", - deyə İdarə Heyətinin sədri qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM