satellite   Azerspace-1: 11135 H 30000

ANAMA tərəfindən sahə əməkdaşlarına təlimlər keçirilib

ANAMA tərəfindən sahə əməkdaşlarına təlimlər keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 12 nəfər sahə əməkdaşına Təlim və metodoloji təminat şöbəsinin mütəxəssisləri tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən EOD-1 “Partlayıcı sursatların məhvedilməsi” təlimi keçirilib.

ANAMA-dan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, üç həftə davam edən təlimlər zamanı mina və partlamamış hərbi sursatlarla davranış, təhlükə dərəcəsinə görə qiymətləndirmə, onların daşınması, partlayıcı maddələrlə tanışlıq, elektrik və qeyri-elektrik üsullarla zərərsizləşdirmə metodları, eləcə də bu istiqamətdə hesabatların tərtibatı üzrə bilik və bacarıqlar tədris edilir.

Nəzəri təlimləri əhatə edən iki həftəlik dərslər Agentliyin Göygöl Regional Mərkəzində, qabaqcıl təcrübə və metodların tətbiqi imkanlarından ibarət praktiki dərslər isə Horadiz Regional Mərkəzində təşkil edilib.

Müəyyən olunan qiymətləndirmə meyarları üzrə əməkdaşlar təlimləri müvəffəqiyyətlə başa vurub, “Partlayıcı sursatların məhvedilməsi” üzrə sertifikat əldə edib. Növbəti addım olaraq, əməkdaşlar partlayış qruplarının tərkibinə təhkim edilərək, əməliyyat zamanı aşkar edilən mina və partlamamış hərbi sursatların keçirilən EOD-1 səviyyəsinə uyğun olaraq tək-tək partlayış yolu ilə zərərsizləşdirilməsini həyata keçirəcək.

Qeyd edək ki, ANAMA-nın sahə əməkdaşlarının mütəmadi olaraq ixtisasartırma təlimlərinə cəlb edilməsi kadr potensialının gücləndirilməsində, eləcə də Qarabağda aparılan təmizləmə əməliyyatlarının miqyasının artırılmasında mühüm rol oynayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM