satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir

Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir

Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması və şəhərdə Azərbaycan Bayrağının ucaldılması Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Gürcüstanın interpressnews.ge, gaxa.ge, aktual.ge, kavkasia.net, 24news.ge, aktual.ge portallarında silsilə materiallar dərc edilib.

Azərbaycan, gürcü, ingilis və rus dillərində olan materiallarda oxuculara Azərbaycan Ordusunun bölmələrinin Laçına daxil olması və Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması, eləcə də Azərbaycan Prezidentinin bununla əlaqədar söylədiyi fikirlər barədə ətraflı məlumatlar çatdırılıb.

Materiallarda Laçın rayonunun tam Azərbaycan Ordusunun nəzarətinə keçdiyi xüsusi qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM